Daxili işler orqanlarında işlemek isteyenlerin nezerine!
06 Sentyabr 2013 Cümə 11:43
TQDK Daxili işler orqanlarında işlemek isteyenler üçün vakant vezifelere test imtihanı keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il sentyabrin 10-da daxili işlər orqanlarına vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtihanı keçirir. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, sənədlərin qəbulu Azərbaycan Respublikası DİN tərəfindənm aparılır.

Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib.
namizədlərə test imtihanında iştirak etmək üçün "İmtahan buraxılış vəsiqəsi" və Yaddaş kitabçası 2013-cü il senyabrın 5-dən etibarən təqdim olunub.

İmtihanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Suallardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə müsabiqəyə buraxılırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar