Ölkə

Daxili İşlər Nazirliyinin bir qrup işçisinin maaşları artdı

Bu barədə sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

· Xəbərçi
Daxili İşlər Nazirliyinin bir qrup işçisinin maaşları artdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin işçilərinin maaşını artırılıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılsın.

Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Şərhlər