Bu həftə Sahil metrostansiyasındakı eskalatorlardan biri təmirə bağlanacaq.
08 Yanvar 2013 Çərşənbə Axşamı 11:05
Eskalatorun təmiri iki ay çəkəcək
Bu barədə day.az-a Bakı Metropolitenindən bildiriblər. Stansiyada cəmi üç ədəd eskalator var. Onlardan ikisi artıq təmir edilib, üçüncünün növbəsi çatıb. Sərnişinlərin təhlükəsizliyi ucbatından təmirə ehtiyac duyulur. Çünki eskalatorun istifadə müddəti artıq başa çatıb. Təmir iki ay davam edəcək.
Qeyd edək ki, bir müddən öncə "Sahil" stansiyasında eskalatorların sürətinin azaldılması ilə bağlı məsələ artıq həllini tapdığı bildirilmişdi. Metropolitenin baş mühəndisi Elbrus Muradov sürətin azaldılması məqsədilə hər eskalatora gücü 110 kVt olan asinxron elektrik mühərriklər qoyulacağını bildirib. Hazırda sürəti 0,94 m/san. olan eskalatorların sürəti bununla 0,75 m/san olacaq.
Bu addımın atılmasında məqsəd eskalatordan istifadə edən, sərnişinlərin təhlükəsizliyini daha da möhkəmləndirməkdir.
DOSTLARINLA PAYLAŞ: