Bu gündən Bakıda yağış kəsəcək, havanın temperaturu artacaq
03 Noyabr 2012 Şənbə 03:46
Paytaxtda 20 dərəcə isti gözlənilir.
Bu gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Qıda müddətə dəyişən küləkli və nisbətən soyuq hava şəraitindən sonra bu gün səhər saatlarından başlayaraq küləyin zəifləyəcəyi, havanın temperaturunun 3-5 dərəcə yüksələcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar