Böyrek köçürme emeliyyatı pulsuz ola biler
30 Sentyabr 2013 Bazar Ertəsi 17:01
Millet vekili Qenire Paşayeva parlamentin iclasında bu teklifle çıxış edib.
Millət vəkili Qənirə Paşayeva 2011-2015-ci illərdə xroniki böyrək xəstələrə dəstəklə bağlı proqramda böyrək köçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılmasını təklif edib. ANS PRESS-in məlumatına görə, xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər.
O, bildirib ki, İlham Əliyevin tapşırığı əsasında regionlarda yüksək standartlara uyğun dialez mərkəzlərinin tikilərək istifadəyə verilib ki, bu, xəstələrin bölgələrdən, kəndlərdən gəlib Bakıda dialez keçmələrində yaranan ciddi problemləri aradan qaldırıb.
“O insanlar hər həftə 2-3 dəfə Bakıya gəlməli və prosedur bitdikdən sonra bir çox çətinliklərlə evlərinə dönmək məcburiyyətində idilər. Bəzilərinin Bakıda qalacaq yeri yox idi, bəziləri isə bölgələrdən gəlmək üçün çətinliklərlə üzləşirdilər. Bölgələrdə prezident İlham Əliyevin iştirakı ilə açılan dializ mərkəzləri bu istiqamətdə problemləri həll etdi və insanlar dövlət hesabına pulsuz dializ almaq imkanına malikdirlər”.
Amma uzun illər dialezlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir. Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrək köçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır.
"Dövlət bir dializli xəstənin pulsuz dializ ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrək köçürmə əməliyyatı xərcləri 1 illik dializ xərclərindən daha ucuzdur. Nəzərə alsaq ki, bu xəstələr illərlə dializlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrək köçürmə əməliyyatının həyata keçirilməsi həm xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olar, həm də dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər".
DOSTLARINLA PAYLAŞ: