Bizimkilər 2.0 layihəsi Yeni ilə təqdim olunacaq
15 Dekabr 2012 Şənbə 19:07
ANS TV tamaşaçılarını “Yeni il” ərəfəsi növbəti dəfə təəcübləndirəcək.
ANS TV tamaşaçılarını “Yeni il” ərəfəsi növbəti dəfə təəcübləndirəcək. “Bizimkilər” layihəsinin davamı olaraq - “Bizimkilər 2.0” layihəsi təqdim ediləcək.

Uzun illər dünyada məhşur olan mahnılar, yeni hitlər milli musiqi alətləri ilə yeni aranjimanda Azərbaycan sənətkarlarının ifasında təqdim olunacaq. Bu layihədə tamaşaçılar gözlənilməz məqamlarla rastlaşacaq. Bu dəfə “Bizimkilər 2.0” layihəsi öz sevərlərinə 11 deyil, 17 yeni aranjımanda işlənən mahnı təqdim edəcək. Bu mahnıların sırasında müasir xarici hitlərlə yanaşı, irland musiqisi, jazz kompozisiyası, habelə klassik musiqilərə və müxtəlif rəqslərə müraciət olunub.

Qeyri-adi aranjimanda təqdim olunacaq mahnıları ifa edəcək sənətkarlar arasında Ramiz Quliyev, Şəfiqə Eyvazova, Mehri Əsədullayeva, Ənvər Sadıqov və digər incəsənət xadimləri iştirak edəcək.

Yeniliklərdən biri də layihədə iştirak üçün Lənkərandan xüsusi dəvət olunan nənələrin, Azərbaycan Dövlət Xor Kapellası və xalq artisti, xanəndə Alim Qasımovun qızı Fərqanənin də ifası olacaq.

Layihənin baş direktoru ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev, baş redaktoru isə Samirə Səfərəliyevadır.

S. Səfərəliyeva tamaşaçıların bu layihədə gözlənilməz məqamlarla rastlaşacağını deyib: “Layihənin hazırlanmasında 250 nəfərlik kollektiv iştirak edib. Ərsəyə gəlməsi üçün böyük əmək sərf etmişik. Qeyri-adi bir layihədir”.

Qeyd edək ki, “Bizimkilər 2.0” layihəsi “Yeni il” və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunaraq 31 dekabr axşam izləyicələrə təqdim olunacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar