Ölkə

Bir qrup müxalifət fəalı aksiya keçirməyə cəhd edib

Aksiya iştiarkçıları müxtəlif şüarlar səsləndirərək meydana daxil olmaq istəsə də, polis bunun qarşısını alıb.

· Xəbərçi
Bir qrup müxalifət fəalı aksiya keçirməyə cəhd edib
Bu gün bir qrup müxalifət fəalı “Fəvvarələr meydanı”nda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Aksiya iştiarkçıları müxtəlif şüarlar səsləndirərək meydana daxil olmaq istəsə də, polis bunun qarşısını alıb. Polis səsgücləndiricilər vasitəsilə aksiya iştirakçılarına “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozduqları barədə xəbərdarlıq edərək, onlardan dağılışmağı tələb edib. Tələbə riayət etməyən aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyaların keçirilməsi üçün konkret ünvanlar təklif etsə də, müxalifət bununla razılaşmayaraq, piket və mitinqlərin paytaxtın ən mərkəzi hissəsində keçirilməsində israrlıdır.

Şərhlər