Bine ticaret merkezinin sahibi Kebire Memmedova vergiden yayınıb
04 Avqust 2013 Bazar 19:50
Fazil Memmedov Bine ticaret merkezinin sahibi Kebire Memmedova haqqında vergi cinayətinin açılması ile bağlı gösteriş verib.
Bakının Qaradağ rayonunda yerləşən və paytaxtın ən böyük bazarlarından sayılan “Binə” ticarət mərkəzi sürətlə boşalmaq üzrədir. Yay aylarında müştəri sarıdan korluq çəkən ticarət mərkəzində son 10 gündə 20 mağaza bağlanıb. Satıcılar isə artan yer pulları və müştəri qıtlığından şikatəçidirlər.
“Türkiyədən mal sifarişini dayandırmışıq”
“Binə” çalışanları "Yeni Müsavat"a bildiriblər ki, yer pullarına görə bir neçə ay öncə keçirdikləri aksiyanın bir nəticəsi olmayıb. Onların sözlərinə görə, bazarın rəhbəri, bisnesmen Kəbirə Məmmədova daha da irəli gedərək yer haqlarını artırıb.
Satıcıların sözlərinə görə, bazarda çalışanların əksəriyyəti Türkiyədən geyim mallarının sifarişini dayandırıb. Səbəb isə yay aylarına görə, müştəri qıtlığından əziyyət çəkmələridir. Sübhan adlı satıcının sözlərinə görə, əlavə olaraq depoya yığıdıları geyim mallarını geri qaytarmaq məcburiyyətində qalıblar: “Bir aya cəmi 200 manatlıq alver etmişəm. Təsəvvür edin 1200 manat yer haqqı verirəm. Üstəlik 30 manat işıq pulu, 40 manat da əlavə xərclər. Yay girəndən ziyana işləyirik. Digər ticarət mərkəzlərinin rəhəbləri yayda alverçiləri düşünərək yer haqlarını yarı-yarıya azaldır. Burda isə əksinə, Kəbirə xanım günü-gündən yer haqlarını qaldırır. Elə ona görə də yay başlayandan ticarət mərkəzindəki mağazalar sürətlə boşalıb”.
Nazirlik “Binə”də yoxlamaları davam etdirir
Bazarda olarkən öyrəndik ki, Vergilər Nazirliyinin “Binə” ticarət mərkəzi ilə olan problemi hələ də həll olunmayıb. Satıcıların iddialarına görə, bazarın rəhbəri, sahibkar Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib. Nazir Fazil Məmmədov Kəbirə Məmmədova haqqında vergi cinayətinin açılması ilə bağlı göstəriş verib.
Mağazaların isə kassa aparatı ilə təhciz olunması sürətlə aparılır. Bazarda qarşılaşdığımız Vergilər Nazirliyinin əməkdaşları bildiridlər ki, artıq bazardakı mağaza işlədənlər hər biri normal sahibkar kimi VÖEN alaraq fəaliyyət göstərəcək.
Satıcılar isə iki qat ziyana düşdüklərini vurğuladılar. Onlar əvvəlki sistemin qaytarılmasının tərəfdarı olduqlarını qey etdilər.
K.Məmmədova ölkəni tərk edir
Qeyd edək ki, bir müddət öncə “Binə” Ticarət Mərkəzinin rəhbəri, “sahibkarların qənimi” kimi tanınan Kəbirə Məmmədovanın Azərbaycanı tərk etməsi ilə bağlı informasiyalar yayıldı. Məlumata görə, iş adamı son vaxtlar törətdiyi özbaşınalıqların üstü açıldığı üçün Azərbaycandan qaçır. İddialara görə, Kəbirə Məmmədova biznesinin bir hissəsini artıq xaricə köçürüb. Vaxtilə Azərbaycanda onlarla sahibkarlıq obyektlərinə sahiblik edən Kəbirə Məmmədova həmin obyektlərin hamısını satıb. Qadın sahibkar hazırda “Binə” Ticarət Mərkəzini də gizli yolla satmaq istəyir. Elə bu məqsədlə də o, adıçəkilən ticarət mərkəzində sahibkarlara qarşı sərt tədbirlər görür, ticarət obyektlərinin sahiblərindən külli miqdarda pul yığır.
Kəbirə Məmmədovanın Londonda ev aldığı barədə isə ilk dəfə “Yeni Müsavat” qəzeti yazmışdı. Həmin məlumatda deyilirdi ki, qadın bisnesmen Londonda, bütün dünyada məhşur olan “Yelkənli bina”da 3 ədəd 4 otaqlı mənzil alıb. Həmin mənzildə yaşamaq niyyətindədir və biznesini də həmin ölkəyə köçürmək qərarı verib. Hazırda Kəbirə Məmmədova ticarət mərkəzindəki obyekt sahiblərinin hər birindən 1200-1500 manat tələb edir. Sahibkarlara müxtəlif vədlər verən Kəbirə Məmmədova həmin pulun qarşılığında sahibkarlara məxsus obyektləri böyüdəcəyinə də söz verib. Amma hansı ki, Kəbirə Məmmədova artıq “Binə”Ticarət Mərkəzini də təhvil vermək ərəfəsindədir. İddialara görə, o ticarət mərkəzini Azərbaycanda tanınmış iş adamlarından birinə satıb. Ona görə də, sahibkarlardan pul yığıb aradan çıxmaq, sonra isə sahibkarlarla ticarət mərkəzinin yeni rəhbərini üz-üzə qoymaq istəyir.
Bazarda olarkən satıcılar bildiridlər ki, Kəbirə Məmmədova 19 yanvar aksiyasından əməlli-başlı qorxuya düşüb. Aksiyadan sonra Kəbirə Məmmədova köməkçisi Dilşad Əliyeva ilə birlikdə yoxa çıxıb. Həmin gündən sonra o bazara gəlmir, ticarət mərkəzindəki rəhbərliyin inzibati binası qıfıllı qalıb.
“Binə” çalışanları 19 yanvar aksiyasına görə, haqsız yerə həbs olunan yoldaşları ilə bağlı ölkə başçısına 245 sahibkar adından müraciət etdiklərini və prezident seçkisi ilə bağlı İlham Əliyevin onların azad edilmsi ilə bağlı göstəriş verəcəyinə əmin olduqlarını bildirdilər.
Məsələ ilə bağlı bazarın rəhbəri Kəbirə Məmmədova ilə görüşüb bütün bu iddilara cavab öyrənməyə çalışsaq da bu heç cürə mümkün olmadı. Qarşı tərəfin də fikrini öyrənib dərc etməyə hazırıq.
DOSTLARINLA PAYLAŞ: