Bəzi rayonlarda qazın verilişinə məhdudiyyət qoyulacaq
20 İyul 2012 Cümə 11:22
Fasilə “Yevlax-Naxçıvan” magistral qaz kəmərində təbii qaz təchizatının dayandırılması ilə əlaqədardır.
Bu gün Azərbaycanın altı rayonuna qaz verilməyəcək. "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 20 iyul 2012-ci il tarixdə saat 09:00-dan 19:00-dək Yevlax, Ucar, Ağdam, Tərtər, Bərdə və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Məlumata görə, həmin rayonların qaz təchizatında fasilələr “Quba” və “Ucar” Qazpaylayıcı Stansiyaları, saat 10:00-dan isə “Yevlax-Naxçıvan” magistral qaz kəmərində təbii qaz təchizatının dayandırılması ilə əlaqədardır.

Təmir işləri müddətində Yevlax rayonunun Kövər kəndi, Ucar şəhəri də daxil olmaqla bu rayonun Qarabörk, Rəstəcə və Gəraybəyli kəndləri, Ağdam, Bərdə, Tərtər rayonları, həmçinin Quba şəhəri də daxil olmaqla rayonun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar