Bayramdan sonra bəzi məhsulların qiyməti aşağı düşüb.
Bazarlarda aparılam müşahidələr göstərir ki, bayramdan sonra bəzi məhsulların qiyməti aşağı düşüb. Belə ki, bayram günü 3 manata, 3 manat 50 qəpiyə satılan banan indi 2,50 qəpiyədir. 4 manata satılan armud isə bu gün alıçılara 1 manat ucuz təklif edilir. Xiyarın, pomidorun qiyməti də 30-50 qəpik aşağı düşüb.
Alma, narıngı,göyərti, kartof, soğanın qiymətində isə elə bir çiddi dəyişiklik yoxdur. Almanın qyməti 1 manat 50 qəpikdən tutmuş 2 manata qədər dəyişir, göyərti isə 20 qəpikdir. Kartofla soğan isə 50-80 qəpiyə satılır.