Bazar günü Azərbaycan paytaxtında mülayim hava şəraiti proqnozlaşdırılır
20 Oktyabr 2012 Şənbə 12:45
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Sabah Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin mülayim keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bazar günü Azərbaycan paytaxtında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

Bölgələrdə gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar