Ölkə

Bakıda Al chicken restoranlar şəbəkəsi açıldı

Səba brendi yeni restoranlar şəbəkəsinin əsasını qoyub. Al chicken ölkədə restoran bazarında birincilik uğrunda mübarizəyə başlayır.

· Xəbərçi
Bakıda Al chicken restoranlar şəbəkəsi açıldı
“APA-Economics”in xəbərinə göə, “Al chicken” adlanan şəbəkənin ilk restoranı Bakının mərkəzində, Nizami küçəsində açılıb.

Restoran müştərilərinə yalnız “Səba” toyuqlarından yeməklər təqdim edir. Təbii yemlərlə bəslənən, halal “Səba” toyuqlarından hazırlanan menyusuna güvənərək, “Al chicken” ölkədə restoran bazarında birincilik uğrunda mübarizəyə başlayır.

“Əminik ki, “Səba” toyuqlarının öz dadı və yüksək keyfiyyəti ilə qazandığı nüfuz və etibar “Al chiken”i dadlı yeməyi sevənlərin sevimli məkanına çevirəcək. “Təbiətdən mətbəxə” şüarımıza sadiq qalaraq indi də yetişdirdiyimiz toyuqları öz mətbəximizdən təqdim edirik” – deyə “Səba” istehsalat müəssisəsinin direktoru Zakir Əzimov bildirib.

“Al chicken” yaxın 3 il ərzində böyük bir şəbəkəyə çevrilməyi qarşısına hədəf qoyub. Bu müddətdə Bakıda və Azərbaycanın digər regionlarında 10 “Al chicken” restoranı müştərilərin istifadəsinə veriləcək.

Şərhlər