Ölkə

Bakıda avtobusların dayanacağa vaxtında çatmamasının açıqlandı

İnformasiya terminallarında marşrutların dayanacağa çatma vaxtı niyə düzgün əks olunmur?

· Xəbərçi
Bakıda avtobusların dayanacağa vaxtında çatmamasının açıqlandı
Avtobus informasiya terminallarında marşrutların dayanacağa çatma vaxtının düzgün əks olunmaması paytaxt yollarında aparılan tikinti işləri və tıxaclarla əlaqədardır. AzərTAc xəbər verir ki, bu sözləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev deyib.

Belə hallarda avtobus sürücülərinin marşrut xəttindən kənara çıxaraq alternativ yollardan istifadə etdiklərini bildirən E.Abdullayev gecikmələrin bir səbəbi kimi sürücülərin cədvələ əməl etməmələrini də göstərib: “Belə çatışmazlıqların qarşısının alınmasına isə vaxt lazımdır. Eyni zamanda, qanunlara da bəzi əlavələr edilməlidir. Bu istiqamətdə də tədbirlər görülür. Ümid edirəm ki, Mərkəz tərəfindən həyata keçiriləcək işlər nəticəsində bu cür hallar yaxın bir il ərzində aradan qaldırılacaq”.

Şərhlər