Bakıda alıcıları aldadan mağaza aşkarlanıb
15 May 2013 Çərşənbə 16:50
Mağazanın giriş hissəsində satışda olan mallara endirim tətbiq olunması barədə reklamlar yerləşdirilsə də, mağazadakı malların qiymətində endirim olmayıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 67, mən. 12 ünvanında yerləşən Orxan Hüseynova məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, belə ki, mağazanın giriş hissəsində satışda olan mallara endirim tətbiq olunması barədə reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirim tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar