Bakı yollarındakı vəziyyəti göstərən tablolarda dəyişiklik edilib
29 Yanvar 2013 Çərşənbə Axşamı 14:05
Bu sürücülərin işini daha da yüngülləşdirmək üçün atılmış addımdır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin işini daha da asanlaşdırmaq üçün yenilik tətbiq edib. Mərkəzdən Trend-ə daxil olan məlumata görə, paytaxt yollarının kənarlarında yerləşən Elektron İnformasiya Tablolarını (VMS) daha başadüşülən etmək üçün onlara yeniliklər əlavə edilib. Belə ki, istiqamətləri göstərən qrafiklərə küçə və prospektlərdəki dairələr də (mis: Azneft dairəsi, Ukrayna dairəsi və s) əlavə olunub ki, bu da sürücülərin işini daha da yüngülləşdirir. Bundan başqa, tablolarda yollar hərəkət istiqamətləri üzrə əks olunub. Yazıların ölçüsü isə mümkün qədər böyüdülüb.

Qeyd edək ki, qrafik şəkildə təqdim edilən istiqamətlər nəqliyyat axınının intensivliyinə görə müxtəlif rənglər ilə qeyd olunur. Yaşıl rəngli qrafiklər yolun normal və sərbəst avtomobil hərəkəti mümkün olduğunu göstərir. Sarı rəngli qrafiklər yolun nisbətən yüklü və hərəkətin aşağı sürətli olduğunu mənasını verir. Qırmızı rəngli qrafiklər isə yolun tıxaclı olduğunu göstərir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar