Temperatur gecə 2-4°, gündüz 5-8° isti olacaq. Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı- Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 1-5° isti, gündüz 5-10° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperaturun gecə 3-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında bu gün qar yağacağı gözlənilir
Bakıda və Abşeron yarımadasında bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.




Şərhlər