Ölkə

Bakı - Sumqayıt yolunda dehşetli tıxac

Bakı - Sumqayıt yolunda avtomobillərin hereketi dayanıb.

· Xəbərçi
Bakı - Sumqayıt yolunda dehşetli tıxac
Bu gün günorta saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda dəhşətli tıxac müşahidə olunub. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, yolda avtomobillərin hərəkəti mümkünsüz olub.

Hətta iş o yerə çatıb ki, “20 Yanvar” metro stansiyası yaxınlığında körpünün altında vəziyyət də çətinləşib.

Ərazidə tıxacın yaranmasına səbəb isə Bakıdakı əsas yollardan bəzilərin bağlı olmasıdır. Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə məlumat verilib.

Məlumatda deyilir ki, paytaxtdakı mərkəzi yolların bir qisminin təmirə bağlanması, habelə, Bakı-Sumqayıt yolunda da təmir işlərinin aparılması həmin istiqamətdə olan maşınların sıxlığı ilə nəticələnib. Ərazidə polis nəfərləri çalışır. Yaxın saatlarda tıxacın qarşısı alınacaq.

Şərhlər