Bakı sirki hara köçəcək?
10 İyul 2013 Çərşənbə 20:33
Avadanlığın qismən sıradan çıxmasına baxmayaraq sirk tamaşaçıları yeni və maraqlı proqramlar ilə sevindirməyə çalışır.
Bakı Dövlət Sirki XIX əsrin ikinci yarısından başlayaraq Bakı iri sənaye şəhəri kimi təkcə sənayeçilərin deyil, müxtəlif ölkələrin incəsənət adamlarının da diqqətini cəlb etməyə başladı. 90-cı illərdə Rus sirkinin ataları sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açdılar. O zamanlar Bakı sirki Ü. Hacıbəyov küçəsində yerləşirdi. Bakı sirkinin keçmiş direktoru M. Bünyadov məşhur sirk artistlərini - ağırlıq qaldıran Sali Süleyman, canbaz daha sonra heyvan təlimçisi Mansur Şirvanini xatirələrində yada saldı. Sirkin binasında daimi keçirilən Fransa və Yunan güləş yarışlarında və bu yarışlarda seçilən Sali Süleyman, Pustinnikov, Robbin Qud, Playasulya, Podibney, İvan Zalka, Mahmud İsrafilbek, və s. kimi güləşçiləri xatırlayır.

1967-ci ildə Bakı sirkinin həyatında ən əlamətdar hadisələrdən biri baş verdi. Arxitektorlar Ənvər İsmayılov və Faina Leontyevanın layihəsi əsasında müasir teatr-sirk avadanlıqları ilə təchiz olunan 2000 yerlik və üç manejə (su, buz, kauçuk) malik sirk binası tikildi. Bu sovet məkanında yeganə sirk binası idi.

Ötən il BDS-nin 45 yaşı tamam oldu. Bina istismar müddətini başa vurmasına, avadanlığın qismən sıradan çıxmasına baxmayaraq sirk tamaşaçıları yeni və maraqlı proqramlar ilə sevindirməyə çalışır. 2012-ci ilin sentyabr ayından 2013-cü ilin aprel ayına qədər bakılılar və şəhərimizin qonaqları “Payız əyləncə”, “Risk imperiyası”, “Billur”, “Fantaziya” adlı yeni sirk proqramına tamaşa ediblər. Mədəniyyət və Turizm Nazirliyi 2012/2014- cü illərdə Bakı sirkində təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən 36 mln manat vəsaitin ayrıldığı barədə məlumat verilib.

Eyni zamanda, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “indiki sirk binası fiziki qocalıb” deyə qeyd edib: “ Sirkin yaşayış binaları arasında yerləşməsi arzuolunmazdır. Bakı sürətlə inkişaf edir və bütün tikililər şəhərin görünüşünə uyğun olmalıdır. Buna görə sirkin köçürülmə məsələsi də bizim tərəfimizdən müzakirə olunur”.

Problemlərin həllini gözləyən Bakı sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovdan Bakı sirkinin milli xüsusiyyətləri və qayğıları haqqında məlumat verib: “Azərbaycan müasir peşəkar sirk janrının elementləri hələ qədim zamanlarda “Çovqan”, “Zorxana” xalq oyunlarından, ciqit yarışmalarından, bahadurların çıxışlarında ibarət olub. Novruz bayramı ərəfəsində yeni tamaşalarda daimi personajları keçəl və kosa təmsil olduqlarını qeyd etmək lazımdır. 1945-ci ildə Bakı sirkində illk dəfə “Sirk-Tamaşa-Toy” sirk proqramı təqdim olunub. Diqqətə layiqdir ki, bu proqramın musiqisini dahi bəstəkarımız Üzeyir Hacıbəyov hazırlayıb. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm idi.” deyə M. Hümbətov qeyd edib. 1946-cı ildən başlayaraq Bakı sirkinin truppası müntəzəm surətdə qastrollara gedirdilər.

Bəs bu gün vəziyyət nə yerdədir?

-“Sovet İttifaqı dövründə BDS Ümumittifaq Sirk Birliyi (ÜSB) tabeliyində olaraq onun proqramı əsasında qastrollara gedirdilər. Bu qastrollar konveer sistemi ilə həyata keçirdi. Bizdə hazırlanan proqram Rostova, Rostovdan-Kiyevə, Kiyevdən-Minskə göndərilirdi və bu cür Sovet İttifaqının şəhərlərini gəzib dolaşırdıq. Sovet İttifaqı dağılandan sonra Bakı sirki Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verildi. Hazırda bizim öz truppamız yoxdur. Azərbaycan ərazisində qastrol səfərlərinin təşkili etmək isə mümkün deyil. Hazırda artistlər müqavilə əsasında işləməyi üstün tuturlar, bu bir tendensiyadır. Azərbaycanın sirk ustaları bir çox ölkələrdə müqavilə əsasında işləyirlər. İş ondadır ki, sirk artisti öz nömrəsini bir neçə ilə hazırlayır və bəzi dəyişikliklər edərək onu pensiya yaşına kimi göstərə bilər. Sirk artisti il ərzində bir neçə nömrə hazırlaya bilməz. Hava proqramını hazırlayıb bir neçə il onunla çıxış edər. Heyvanlarla proqram hazırlayıb bir neçə il onu nümayiş etdirər. Hər sezon üç proqram nümayiş etdirilir. Onlar adətən məktəblilərin payız tətilində, ya da yeni il və Novruz bayramında təşkil olunur. Hər proqram bir ay davam edir.

Xaricdə calışan Azərbaycanlı sirk artistləri ilə əlaqə saxlayırsınız?

-Son illərdə xaricdə işləyən Azərbaycanlı sirk artistlərilə əlaqələr yaratmışıq. Əvvəllər dəvət etdiyimiz proqramlara 1 və ya 2 çıxış salırdılar. Amma 2007-ci ildə onların hamısını Bakıda toplamağa nail olduq. Çox gözlədiyimiz və bərpa olunan truppamızın tamaşası baş tutdu. Tamaşanın rəhbəri bizim həmyerlimiz Rusiya əməkdar artisti Rüfət Nəzirov oldu. 14 nömrədən ibarət olan proqram “Mı iz Baku” adalanırdı. Proqram yekunlaşdıqadan sonra artistlər işlədikləri yerlərə qayıtdılar. Hazırda xarici sirk manejlərində Rafiq Əliyev ailəsilə birlikdə akrabatika, Aydın İsrafilov dəvələr ilə, Oruc Zalov canbaz proqramı ilə, Murad Abdullayev kanadanın ağ canavarları və ayı ilə, Elçin Şirinov, Çina Fronkına və Araz Həmzəyev ailə üzvləri ilə birgə çıxış edirlər.

Respublikamızda sirk artistləri hazırlanır?

- Əvvəllər özümüzün məşq manejimiz var idi. Hazrda onun imknlarından istifadə edə bilmədiyimiz üçün, sirk artistlərin hazırlanması məhdudlaşdırılıb. Sirk binasının yenidənqurma işlərində bu nəzərə alınacaq və əlavə studiyaların yaranmasına təkan veriləcək. Buna baxmayaraq biz yeni sirk artistlərinin hazırlanmasına diqqət ayırırıq.
Məşhur hava gimnastımız Allahverdi İsrafilov buna nümunədir. Onun çıxışları milli musiqimizin elementləri ilə müşaiyət edilir. 2009-cu ildə tamaşaçıların səsi ilə tanınmış “Zalatoy buf” festivalında o mükafatçılar sırasında yer alıb. Əslində sirk artistləri sirk sülalərində formlaşır.

Bina yenidən qurulacaq yoxsa, başqa yerə köçürüləcək?

-Əminliklə deyə bilərəm ki, Bakı Dövlət Sirkinin problemləri həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də Azərbaycan rəhbərliyinin ciddi nəzarəti altındadır. BDS-in gələcək taleyi üçün heç bir narahatlığa əsas yoxdur. Bununla bağlı zəruri olan bütün tədbirlər görülür. Sadəcə sirkin öz spesifikası var. Ən azı üç manejin olmasını təmin etmək lazımdır. Bu sadə məsələ deyil. Əminəm ki, baxılan variantlardan ən yaxşısı həyata keçiriləcək. Biz təəsüf edirik ki, sirk binasının yenidən qurulması və onun harada yerləşdiriləcəyi barədə dəqiq məlumat əldə edə bilmədik. Hələlik isə böyük hissəsi uşaqlardan ibarət olan sirksevərləri böyük və məsul insanlar tərəfindən həlli variantını edilməsinə qədər gözləməli olacaqlar.

P.S. Söhbət zamanı M. Hümbətov sayt vasitəsi ilə ictimaiyyətin diqqətinə bir məsələni catdırmağımızı xahiş etdi. Son zamanlar rayon və kənd yerində toy şənliklərinə dəvət olunan - janqlyor, kulon, illüziaçı -manipulyatorlar çox zaman özlərini Bakı sirkinin yetirmələri kimi təqdim edirlər. Təəssüf ki, bizdə belələri yoxdur, peşəkar artistlərimiz hazırda Azərbaycanda işləmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar