Ölkə

Bakı sakininin dərin yuxusu təşvişə səbəb oldu

Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanıb.

· Xəbərçi
Bakı sakininin dərin yuxusu təşvişə səbəb oldu
Bakı şəhəri, Qaradağ rayonu sakinininin telefon zənglərinə və döyülən qapıya cavab verməməsi təşvişə səbəb olub. ANS PRESS FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən 1998-ci il təvəllüdlü vətəndaş yatmış vəziyyətdə aşkar edilib.

Şərhlər