Bakı qəsəbələrinə 133 milyon manat güzəştli kredit verilib
24 İyul 2013 Çərşənbə 16:40
Bu kreditlərin reallaşdırılması hesabına 4600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirib. ANS PRESS İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, Fondun vəsaitləri hesabına 2013-cü ilin ötən dövrü ərzində 2536 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 196.5 milyon manat güzəştli kredit verilib. O bildirib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 550 investisiya layihəsinin maliyyələşdirilməsinə 133 milyon manat (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 4600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: