Bakı neqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
23 Avqust 2013 Cümə 10:11
Mesele ile bağlı tedbir görülmesi üçün aidiyyeti qurumlara melumat verilecek.
Bakı şəhərinin sərnişin avtobusunda özbaşınalıq olub. İnsanların həyatı bahasına başa gələcək bu özbaşınalığı Milli.az-ın əməkdaşı çəkib. Avqustun 21-də saat 14 radələrində 193 saylı xətt avtobusunu 13-14 yaşlı uşaq idarə edirdi. Həmin şəxsin konduktor olduğunu və hərdən sürücüyə kömək etdiyini öyrəndik.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı tədbir görülməsi üçün aidiyyəti qurumlara məlumat veriləcək.

“Bakısərnişinnəqliyyat” Departamentindən bildirilib ki, məsələ ilə bağlı həmin xətt avtobusunun sahibkarı çağırılaraq işə aydınlıq gətiriləcək.






DOSTLARINLA PAYLAŞ:

oyunlar