Ölkə

Bakı metrosunda sevindirici yenilik

Metro qatarlarının bir neçəsi yenidən daha modern formaya salınıb.

· Xəbərçi
Bakı metrosunda sevindirici yenilik
Bakı metrosunda qatarlar yeni görkəm alıb. Milli.Az-ın məlumatına görə, metro qatarlarının bir neçəsi yenidən daha modern formaya salınıb.

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Milli.Az-a açıqlamasında bildirdi ki, 5 vaqon Gürcüstanda əsaslı təmirdən çıxıb.

Həmin vaqonlar moderləşdirilib, döşəməsi, tavanı, maşinistin idarəetmə kabinəsi tam dəyişdirilib. Növbəti aylarda vaqonların belə modernləşdirilməsi nəzərdə tutulub.

Şərhlər