Bakı Metropoliteninin stansiyalarının sayı artırılacaq
02 Aprel 2013 Çərşənbə Axşamı 12:00
Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Bakı Metropoliteni 2030-cu ilədək 50 yeni stansiya tikəcək. Bu barədə çərşənbə axşamı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə deyilir ki, hazırda 8 stansiya və 2 deponun tikintisi üzrə işlər aparılır. “Gələn il “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istismara veriləcək”, - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ildə "Həzi Aslanov" stansiyasından "Yeni Günəşli" qəsəbəsinədək tunelin tikintisinin başa çatdırılması planlaşdırılır.

Bundan başqa, metropoliten rəisi bildirib ki, Bakı Metropoliteni “Transmaşxoldinq” QSC-nin istehsalı olan 3 yeni vaqon almağı planlaşdırır: “Yeni vaqonları "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında fəaliyyət göstərməsi üçün işə salmaq planlaşdırılır. Bu stansiyaların gələn il istismara verilməsi gözlənilir”, - məqalədə deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar