Bakı Dövlet Sirki binası sökülür?
29 İyul 2013 Bazar Ertəsi 23:23
Bakı Dövlet Sirkinin sökülmesi ile bağlı metbuatda ziddiyyetli melumatlar yayılır.
Bakı Dövlət Sirkinin sökülməsi ilə bağlı mətbuatda ziddiyyətli məlumatlar yayılır. Bir müddət əvvəl Mədəniyyət və Turizm Naziri yeni sirk binasının inşası ilə bağlı mətbuata açıqlama vermişdi. Buna əsas səbəb kimi hazırkı binanın fiziki baxımından köhnəlməsi və sirkin yaşayış binaları arasında yerləşməsi göstərilirdi. Hətta bununla bağlı planın hazırlanıb dövət başçısına təqdim edilməsi də nəzərdə tutulurdu. Bütün bunlara aydınlıq gətirmək üçün üz tutduq Bakı Dövlət Sirkinə. Yay mövsümü olduğundan sirkin qapıları bağlı idi. Mühafizəçi isə yayılan məlumatı təkzib etdi.

Şəhərsalma və Arxitektura komitəsinin şöbə müdiri Cahangir Qocayev deyir Bakının mərkəzi hissəsinin müfəssəl planında həmin ərazidəki gecəqondu tipli evlərin sökülməsi planlaşdırılsa da sirkin sökülməsi nəzərdə tutulmayıb və bu bina yeni planda öz əksini tapıb. Hətta sonradan buna qərar verilsə də əsaslandırılmalıdır.

Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri, Cahangir Qocayev: “Əslində o binaya texniki baxış keçirilməlidir. Binanın bərpası mümkün deyilsə onu başqa təyinat üçün istifadə etmək mümkün deyilsə tarix və memarlq abidələri siyahısında bərqərar olunmayıbsa bərpası mümkün olmursa onda onun sökülməsi barədə qərar verilir və hökmən komissiya tərəfindən ona baxılıb rəy bildirilir”.

Xatırladaq ki, Azərbaycanda ilk peşəkar sirk 1890-cı ildə Nikitin qardaşları tərəfindən tikilib. Taxtadan tikilmiş həmin bina az sonra yanır. Bakı Dövlət Sirkinin hazırkı binası isə1967-ci ildə istifadəyə verilib. Həmin dövr üçün çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar