Bakı Böyük Kəsik yolunun 200-cü kilometri əsaslı təmir olunub
14 Mart 2013 Cümə Axşamı 21:46
Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Azərbaycan prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərənjamı sürətlə icra olunur. Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, bu gün dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində 200-cü kilometr əsaslı təmir olunub.

Bayram əhval-ruhiyyəsi ilə müşayiət olunan tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Dəmiryolservis” MMC-nin Əli Əşrəf Lütfəlibəyov, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev və digər müvafiq qurumlarının rəhbərləri iştirak edirdilər.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, ilk 100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında başa çatıb. Dəmiryolçuların fədakarlığı sayəsində, 8 ay ərzində, növbəti 100 kilometr dəmir yolu vaxtından qabaq təmir olunub.

Əsaslı təmir işlərini “Azərbayjan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıjıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar