Azerbaycanlı Ermenistanın deputatı olmaq isteyir
09 Avqust 2013 Cümə 23:06
Feyruz Osmanov: Ermenistan vetendaşlığından imtina etmemişem.
Azərbaycanlı Osmanov Feyruz İmin oğlu Ermənistanda keçiriləcək parlament seçkisində öz namizədiyini irəli sürmək istəyir. Bu barədə, Ermənistan vətəndaşı olan Feyruz Osmanov ANS PRESS-ə göndərdiyi e-maildə məlumat verib. Ermənistan vətəndaşlığından öz xahişi ilə imtina etmədiyini deyən Osmanov bu addımı Qriqori Ayvazyana cavab olaraq atmaq istədiyini vurğulayıb.
“Mən Osmanov Feyruz İmin oğlu 1981-ci ildə Ermənistan respublikasının Kolinino (indiki Dashir) rayonunda anadan olmusham ve 1988-ci ildə məlum hadisələrdən sonra qaçqın kimi Bakıda məskunlaşmışam. 2004-cü ildə ADNA-nı qurtarmışam. Men Osmanov Feyruz İmin oğlu hal hazırdada Ermənistan vətəndaşı sayılıram. Ona gorə ki, öz xahişim ile vətəndaşlıqdan imtina etməmişəm ve men Qriqori Ayvazyanın iddiasına cavab olaraq Ermenistan parlamentinə namizədliyimi vermek istəyirəm. Fikirimdə qətiyəm.!”
Qeyd edək ki, Ermənistana növbəti parlament seçkisi təxminən 2017-ci ilin may ayında keçiriləcək.
Xatırlaq ki, Ermənistanda yaşayan erməni əslli Qriqori Ayvazyan 2010-cu il parlament seçkisində Azərbaycan vətəndaşı kimi namizəd olmaq istədiyini açıqlamışdı.
DOSTLARINLA PAYLAŞ: