Azərbaycanla Monteneqro arasında 4 sənəd imzalandı
12 Mart 2013 Çərşənbə Axşamı 22:37
İmzalanma mərasimi prezidentlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra olub.
Azərbaycan prezidenti İlham Əliyevin və Monteneqro prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Monteneqro-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub. “Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqıda Bəyannamə”ni Azərbaycan prezidenti İlham Əliyev və Monteneqro prezidenti Filip Vuyanoviç imzalayıb.
“Azərbaycan Respublikası və Monteneqro hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri İqor Lukşiç imzalayıb.
“Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqro İnsan Resurslarının İdarə Edilməsi üzrə İdarəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri İqor Lukşiç imzalayıb.
“Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun maliyyə naziri Radoye Juqiç imzalayıb.
DOSTLARINLA PAYLAŞ: