APA-nın məlumatına görə, Azərbaycanın Ukrayna, Türkiyə, ABŞ və Pakistandakı hərbi attaşeləri dəyişdirilib.
APA-nın məlumatına görə, Azərbaycanın ABŞ-dakı hərbi attaşesi, polkovnik Eldar İsmayılov Fransada, Pakistandakı hərbi attaşesi, polkovnik Daşdəmir Məmmədov Ukraynada, Ukraynadakı hərbi attaşesi, polkovnik Tofiq Qasımov Türkiyədə, Silahlı Qüvvələrin zabiti, polkovnik-leytenant Ağaverdi Quliyev ABŞ-da, polkovnik-leytenant Mehman Novruzov isə Pakistanda hərbi attaşe təyin ediliblər.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyi yanında hərbi attaşelik aparatı 2011-ci ilin may ayında yaradılıb. Polkovnik Eldar İsmayılov Azərbaycanın bu ölkədəki ilk hərbi attaşesi olub.
Azərbaycanın bir neçə ölkədə yeni hərbi attaşeləri təyin olunub
Azərbaycanın bir sıra ölkələrdəki hərbi attaşeləri dəyişdirilib.




Şərhlər