Azərbaycanda zəlzələ olub
14 Mart 2013 Cümə Axşamı 08:28
Yeraltı təkanlar Pirqulu yaxınlığında qeydə alınıb.
Bu gün yerli vaxtla saat 20.39-da Şamaxı rayonunda yerləşən Pirquludan 11 kilometr şimal-qərbdə 12 ballıq cədvəl üzrə 3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkan Pirquluda 3 bala qədər hiss edilib.
Tələfat və tikintilərdə dağıntılar yoxdur.
DOSTLARINLA PAYLAŞ: