Ölkə

Azərbaycanda yeni telekanallar açılacaq

Nüşirəvan Məhərrəmlinin sözlərinə görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb.

· Xəbərçi
Azərbaycanda yeni telekanallar açılacaq
“Azərbaycanda televiziya sahəsində həm ümumrespublika, həm də regional yayımçılar var. Amma radiostansiyalar sahəsində regional yayımçılar yoxdur. Bununla bağlı dönüş yaratmaq istəyirik. Yaxın vaxtlarda bununla bağlı müsabiqə elan olunacaq”. Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında belə deyib.

“Azərbaycanda telekanalların sayı yetərincə olsa da, hesab edirik ki, biz dayanmamalıyıq. Ölkədə yeni televiziya kanalları və radiostansiyaların açılmasını dəstəkləməliyik. Bununla bağlı artıq hazırlıq işlərinə başlanılıb”, - deyə o vurğulayıb.

N. Məhərrəmli xüsusən regionlarda yeni telekanalların və radiostansiyaların açılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

Şərhlər