Azərbaycanda şəhərlərin yaradılması mexanizmi sadələşdirilib
20 Noyabr 2012 Çərşənbə Axşamı 13:30
Layihə Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib.
Milli Məclisin iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

APA-nın məlumatına görə, layihə barədə MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. O deyib ki, qanuna təklif olunan dəyişikliklərin əsas məğzi yeni inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və ya adlarının dəyişdirilməsi, eləcə də sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyə əsasən, şəhərlərin yaradılması mexanizmi də sadələşdirilir. Qanunun qəbulu ilə bir neçə kənd və ya qəsəbəni birləşdirərək şəhər yaratmaq mümkün olacaq. A. Rəhimzadə deyib ki, bu, həmin inzibati ərazi vahidlərinin inkişafı, yeni infrastrukturların yaradılması baxımından çox əhəmiyyətlidir.

Qeyd olunub ki, yeni yaradılan rayon inzibati ərazi vahidləri onların mərkəzi olan ərazi vahidinin adlarına, şəhər və şəhər rayonları isə onların əhatə etdikləri ərazidə mövcud olan ərazi vahidlərinin birinin adına uyğun olaraq adlandırılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar