Ölkə

Azərbaycanda qətl törədən şəxs BƏƏ-də həbs edilib

Onun ekstradisiyası üçün tədbirlər görülür.

· Xəbərçi
Azərbaycanda qətl törədən şəxs BƏƏ-də həbs edilib
Azərbaycanda qətl törədərək axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi (Qəsdən adam öldürmə) ilə axtarışda olan Xəyal Əlizadə Birləşmiş Ərəb Əmirliklərində tutulmuş və ekstradisiyası üçün tədbirlər görülür.

Şərhlər