Məlumatda qeyd olunur ki, qurğunun layihəsi artıq hazırdır. Yol ötürücüsü avtomobillərin Bakı gəmiqayırma zavodu tərəfə istiqamət alması üçün nəzərdə tutulub.
Layihəyə əsasən, yol ötürücüsünün uzunluğu 64,80 metr, eni isə 20,40 metrdir. Ötürücüdə iki hərəkət zolağı və hər zolağın eni 5,5 metr olacaq, səkinin eni isə 1 metr olacaq.
Yol ötürücüsünün inşasına nə vaxt başlanacağı barədə məlumat yoxdur. İnşaya başlandıqdan sonra 12 ay ərzində yol qurğusunun tikintisinin başa çatacağı gözlənilir.
Layihəni "Texnomost" layihə şirkəti hazırlayıb.







Şərhlər