Ölkə

Azərbaycanda lotereya oyunları tarixində ən böyük məbləğ udulub

161 490 manat məbləğində “Cek Pot” Gəncə şəhər sakini Əliyev Sahib Adil oğluna təqdim edilib.

· Xəbərçi
Azərbaycanda lotereya oyunları tarixində ən böyük məbləğ udulub
Gəncə şəhər sakini Əliyev Sahib Adil oğlu Azərbaycan lotereya oyunları tarixində udulan ən böyük məbləği qazanıb. İqtisadi İnkişaf Nazirliyijndən Modern.az-a verilən məlumata görə, lotereyada udulan 161 490 məbləğində rekord uduş öz sahibinə təqdim edilib.

Belə ki, bu məbləğ “Azərlotereya” ASC tərəfindən təşkil edilən “5/36” lotereyasının 726-cı tirajında udulub. 161 490 manat məbləğində “Cek Pot” Gəncə şəhər sakini Əliyev Sahib Adil oğluna təqdim edilib.

“6/40” lotereyasında isə “Cek Pot”un uduş məbləği 300 000 manat həddinə çatıb.

Şərhlər