Azerbaycanda ilk Qum Heykelteraşlığı ve Qraffiti
27 İyul 2013 Şənbə 12:36
Çimerlikde Qum Heykelteraşlığı ve Qraffiti üzre açıq Festival keçirilecek.
Azərbaycanda ilk dəfə “Qum Heykəltəraşlığı və Qraffiti üzrə açıq Festival” keçiriləcək. ANS PRESS-ə verilən məlumata görə, festivalın açılışı 29 iyulda “Dostluq” çimərliyində keçiriləcək. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin məqsədi Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffit sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yarıdıcı insanlarla, o cümlədən profesional heykəltəraş və rəssamalrı ilə əlaqələririnin yaradılması və möhkəmlənməsidir.
Layihə 3 gün müddətinədə Bakı şəhərində, “Dostluq” çimərliyində həyata keçiriləcək. Festivalda 3 gün ərzində qumdan heykəllər hazırlanacaq. Eyni zamanda festivalın ikincin hissəsi kimi graffiti üzrə müsabiqəyə başlanılacaq. Heykəltəraşlar və qrafitistlər 3 gün müddətində müəyyən edilmiş ərazidə müəyyən vaxt çərçivəsində işləyəcəklər. 3-cü, sonuncu gün isə hər iki nominasiya üzrə festival qalibləri müəyyən olunacaq.
Festival sona çatdıqdan sonra iştirakçılara sertifikatlar, qaliblərə mükafatlar təqdim olunacaq, tədbir nəticələrindən ibarət buklet və qısamaetrajlı film hazırlanacaq və layihə bitmiş hesab olunacaq.
DOSTLARINLA PAYLAŞ: