Azərbaycanda hidrometeoroloqlarmeteohəssas insanlara xəbərdarlıq ediblər
13 Avqust 2012 Bazar Ertəsi 12:21
Durğun və boğanaq hava şəraiti fonunda güclü istilər meteohəssas insanlar üçün çox əlverişsizdir, gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.
Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, havanın temperaturu gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və boğanaq hava şəraiti fonunda güclü istilər meteohəssas insanlar üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar