Ölkə

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Artım 10 faiz təşkil edib.

· Xəbərçi
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Yanvar-iyul aylarında "Azərenerji" ASC təqribən 12,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. “Azərenerji” ASC-nin mətbuat xismətindən verilən məlumata görə, ötən ilin analoji dövründə bu göstərici 11,7 milyard kilovat-saata yaxın təşkil edib.

İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən 11,4 milyarda yaxını istilik elektrik stansiyalarının, qalan təqribən 1,4 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb.

"Azərenerji" iyulda təqribən 1,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu dövr ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Şərhlər