Bu sahədə həyata keçirilən son tədbir 11 saylı cəzaçəkmə müəssisəsində daha 15 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixana təşkili olunmasıdır. Belə ki, müəssisənin istehsalat sahəsində istifadəsiz olan 162 kv. metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib və artıq ilk məhsul yığılıb.
Eyni zamanda istixanada tərəvəz bitkilərinin şitillərinin yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur. Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.









Şərhlər