Azərbaycan yay vaxtına keçdi
31 Mart 2013 Bazar 10:17
Martın 31-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv edilib.
Bu gecə Azərbaycan yay vaxtına keçib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 31-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
DOSTLARINLA PAYLAŞ: