Azərbaycan və Fransa geoloqları elmi əməkdaşlıq edəcəklər
19 İyul 2012 Cümə Axşamı 16:12
Fransanın “IFP Energies Nouvelles” şirkətinin Beynəlxalq Əlaqələr İdarəsinin direktoru Daniel Çamplon və onun müavini Yolande Rondot Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda olub.
 İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, institutun direktoru, AMEA-nın vitse-prezidenti akademik Akif Əlizadə ilə keçirilən görüş zamanı iki təşkilat arasında neft və qaz sahələrində elmi əməkdaşlıq imkanları müzakirə edilib.

Sonra Geologiya İnstitutunun şöbə rəhbərləri – AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov fransalı mütəxəssislərə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlar barədə ətraflı məlumat veriblər. Qonaqlar institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib, bu işlərin müştərək davam etdirilməsini, institutun gənc alimlərini Fransadakı şirkətin təlim xarakterli layihələrinə cəlb etməyi məqsədəuyğun hesab ediblər.

Qeyd edək ki, “IFP Energies Nouvelles” enerji, nəqliyyat və ətraf təbii mühit sahələrində ictimai araşdırmalar, innovasiya və təlim mərkəzidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar