Azərbaycan istehsal etdiyi pilotsuz uçuş aparatlarını ilk dəfə beynəlxalq sərgidə nümayiş etdirib .
09 Noyabr 2012 Cümə 14:09
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) İndoneziyada keçirilən «İndoDefence-2012» beynəlxalq müdafiə sərgisində ilk dəfə olaraq ölkədə istehsal edilmiş pilotsuz uçuş aparatlarının real ölçüdəki nümunələrini nümayiş etdirir.
APA-nın məlumatına görə, Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin direktoru İqor Korotçenko öz internet-bloqunda Azərbaycan MSN-in stendindən bəhs edib.

«Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə hazırlaşır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ekspozisiyası ilə tanışlıqdan sonra məndə belə təəssüratlar yarandı», - deyə İ. Korotçenko qeyd edib.

O, Azərbaycan stendində 14,5 mm-lik snayper tüfənginin, minaatanların, həmçinin Azərbaycan istehsalı olan RPQ-7 əl qumbaraatanın, İsrail lisenziyası ilə istehsal edilən pilotsuz uçuş aparatlarının, döyüş sursatları və minaların, həmçinin zirehli avtomobillərin nümayiş olunduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar