Azerbaycan Erdoğanı beynelxalq axtarışa verdi
02 Sentyabr 2013 Bazar Ertəsi 11:38
Turgay Erdoğanın saxlanılması üçün Azerbaycan dövletlerarası axtarış elan edib.
Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 46 yaşlı Turgay Ərdoğan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

Turgay Ərdoğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.




DOSTLARINLA PAYLAŞ:

oyunlar