Azərbaycan Anqolaya səfir göndərdi
22 Fevral 2013 Cümə 16:30
Elxan Poluxov etimadnaməsini Anqola prezidenti Joze Eduardo Duş Santuşa təqdim edib.
Azərbaycan Respublikasının Anqola Respublikasına təyin edilmiş ilk fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bu gün etimadnaməsini Anqola Respublikasının prezidenti Joze Eduardo Duş Santuşa təqdim edib. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərasimdən sonra görüş keçirilib. Görüş zamanı səfir Elxan Poluxov Azərbaycan prezidenti cənab İlham Əliyevin salamlarını prezidentə çatdırıb, iki ölkə arasında münasibətlər, münasibətlərin perspektivləri, Anqola prezidenti haqqında Azərbaycanda gözəl xatirələri, Anqolada yaşayan azərbaycanlıların bu ölkədə özlərini evdə hiss etdiklərini qeyd edib.

Səfir Elxan Poluxov fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırmasına dair çalışacağını bildirib. Cavab olaraq Anqola prezidenti iki ölkə arasında münasibətləri yüksək qiymətləndirildiyini, mövcud münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Ölkələr arasında neft kimya, iqtisadi ticarət, kənd təsərrüfatı, texniki əməkdaşlıq, neft sahəsi üçün mütəxəssislərin hazırlanması və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Anqola prezidenti Azərbaycan Respublikası prezidentinə salamlarına görə öz təşəkkürünü bildirib, onunda salamlarının çatdırılmasını xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar