Ölkə

Avtomobilin yanacaq çənindən 52 mobil telefon çıxdı

Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Vüsal Abbasovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

· Xəbərçi
Avtomobilin yanacaq çənindən 52 mobil telefon çıxdı
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Vüsal Abbasovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi düzəldilmiş gizli saxlanc yeri aşkar edilmiş və həmin yerdən müxtəlif markalı, cəmi 52 ədəd mobil telefon və mobil telefonlara aid aksesuarlar - 51 ədəd qidalandırma cihazı, 50 ədəd akkumlyator, 15 ədəd qulaqcıq, 18 ədəd USB kabel, 52 ədəd telefon qutusu aşkar edilərək götürülüb.

Şərhlər