Avtobuslarda kart sisteminin tətbiqinə günlər qalıb
30 Sentyabr 2013 Bazar Ertəsi 13:32
Artıq Neftçilər prospektindəki dayanacaqlarda aparatların quraşdırılmasına start verilib.
"Nəqliyyat sektorunda vahid ödəniş kartlarının tətbiqinin yubanmasının səbəbi kart yükləmələr üçün avtobus dayanacaqlarında müvafiq aparatların quraşdırılması ilə əlaqədardır”. Bu sözləri Movqe.az-a açıqlamasında "Bakısərnişinnəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov deyib.
E Əzməmmədov bildirib ki, 25 marşurutda, 1000 avtobusda kart sisteminə keçid üçün vladiatorların quraşdırılması işi yekunlaşıb: "Hazırda dayanacaqlarda kart yükləmələr üçün aparatların quraşdırılması işləri gedir. Artıq Neftçilər prospektindəki dayanacaqlarda aparatların quraşdırılmasına start verilib. 25 marşurut xətini əhatə edən dayanacaqların hamısında kart yükləmələr üçün aparatlar quraşdırıldıqdan sonra, kartların satışına başlanılacaq. Kartları sərnişinlər qəzet köşklərindən əldə edə biləcəklər. Sərnişinlər elə dayanacaqdaca kartlarına həmin aparatlar vasitəsilə gediş yükləyə biləcəklər. Mini bankomatları xatırladan aparatlar avtobusların alınmasına lizinq ayıran bankların sisteminə bağlıdır. İndiyədək proses ona görə gecikirdi ki, avtobuslarda kart sistemi həmin lizinq ayıran bankların sisteminə bağlanırdı ki, həmin banklara borclu xətt sahiblərinin aylıq borcu elə gedişhaqlarından çıxılsın. Artıq sistemdə bağlantı yekunlaşıb və oktyabr ayının ortalarından nəqliyyatda kart sisteminin müəyyənləşmiş marşurutlar üzrə tıtbiqinə başlanılacaq.
DOSTLARINLA PAYLAŞ: