Avropa Gənclər Parlamentinin İdarə Heyətinin üzvü Bakıya gəlib
27 İyul 2012 Cümə 10:35
Alan Flovers paytaxtda bir sıra dövlət rəsmiləri ilə görüşəcək.
Avropa Gənclər Parlamentinin İdarə Heyətinin üzvü Alan Flouers Bakıda səfərə gəlib. Alan Flovers Londonda yerləşən Kinqston Universitetinin professoru, Fizika İnstitutunun üzvüdür. "AGP-Azərbaycan" İctimai Birliyinin (İB) baş katibi Fəxrintac Abdullayevanın ANS PRESS-ə verdiyi məlumata görə, onun səfərinin məqsədi “AGP-Azərbaycan” İB-nin fəaliyyəti, milli sessiya ilə bağlı hazırlıqları haqqında məlumat almaq, üzvlərimizlə yaxından tanış olmaq və bir sıra dövlət rəsmiləri ilə görüşməkdir.

Səfərin ilk günündə Alan Flouersin Azərbaycan Gənclər Fondunun direktoru Fərhad Hacıyev, Azərbaycan Milli Məclisinin deputatları Ceyhun Osmanlı və Fuad Muradov, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Nadir Adilov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Hüquqşünasları Konfederasiyasının Gənclər Departamentinin rəhbəri Elşən Bayramov, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının sədri (ELSA) Xanlar Ağalarov, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin İcraçı direktoru Seymur Hüseynov, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov və Sədr müavini Gülnarə Bağırova, Gənclər üçün Təhsil Mərkəzinin direktoru Vüsal Quliyev və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Elmari Məmişov ilə görüşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar