Ölkə

Avronest Parlament Assambleyasının iclası keçiriləcək

Qurumun enerji təhlükəsizliyi komitəsi paytaxtda bir sıra məsələləri müzakirə edəcək.

· Xəbərçi
Avronest Parlament Assambleyasının iclası keçiriləcək
Fevralın 12-13-də Bakıda Avronest Parlament Assambleyasının (PA) enerji təhlükəsizliyi komitəsinin iclası keçiriləcək.
Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Fuad Muradov AzərTAc-a bildirib ki, iclasda Azərbaycanın enerji siyasəti, Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələri, eləcə də ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyindəki yeri və rolu barədə bir sıra məsələlər müzakirə olunacaq.

Bakıda keçiriləcək tədbirdə komitə iclasında Avropadan xeyli deputat və enerji sahəsində mütəxəssis iştirak edəcək.

Şərhlər