Avqustada hansı məhsulların qiyməti artıb?
09 Sentyabr 2013 Bazar Ertəsi 15:19
Birillik bitkilərin qiymətləri 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.
Avqust ayında kənd təsərrüfatı məhsullarının qiymətində artın olub. Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb. Birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, qarğıdalının 0,2 faiz, arpranın 2,5 faiz, xiyarın 2,3 faiz, quru otun istehsalçı qiymətləri 5,6 faiz bahalaşıb. Pomidorun istehsalçı qiymətləri 0,6 faiz, badımcanın 6,8 faiz, yaşıl lobyanın 6,6 faiz, kələmin 0,5 faiz, göyərtilərin 0,2 faiz, baş soğanın 1,0 faiz, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6 faiz ucuzlaşma qeydə alınıb.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,9 faiz, çiyələyin istehsalçı qiymətləri 0,1 faiz bahalaşmış, armudun istehsalçı qiymətləri 0,1 faiz, şaftalının 2,2 faiz, alçanın 0,1 faiz, qoz və fındığın istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3 faiz və 4,8 faiz düşüb. Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, südün 0,6 faiz, diri qoyun və keçilərin 0,5 faiz, diri ev quşlarının 2,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,3 faiz, camışın 0,6 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz enmə müşahidə edilib.
DOSTLARINLA PAYLAŞ: