Aparıcı İsmayıl Ömərova görə canlı yayımda göz yaşı tökdü
23 Aprel 2013 Çərşənbə Axşamı 11:57
Leyla Əliyeva verilişində kövrəlib.
İctimai Televiziyanın əməkdaşı, tanınmış teleaparıcı Leyla Əliyeva canlı yayımda göz yaşlarına hakim ola bilməyib. Azxeber.com-un məlumatına görə, dünən "İTV"-də canlı yayımlanan "Yeni gün" musiqi-informasiya proqramında aparıcı Leyla Əliyeva telekanalın hazırki direktoru İsmayıl Ömərovun İTV-dən ayrılması haqda danışıb: "Mən İTV-nin yetirməsiyəm. İsmayıl müəllimin bizim üzərimizdə çox böyük zəhmətləri olub. Tamaşaçılardan üzr istəyirəm, amma mən qeyri-səmimi ola bilmərəm. İsmayıl Ömərova can sağlığı arzulayıram və hər şeyə görə çox sağ ol deyirəm".
Bu sözlərdən sonra xanım aparıcı kövrəlib və göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov telekanalın keçiriləcək baş direktorunun seçilməsi ilə bağlı elan olunmuş müsabiqədə iştirak etməyəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar