Analıq mezuniyyetine göre müavinet artırılır
28 Avqust 2013 Çərşənbə 14:13
Analıq mezuniyyetine göre müavinet ilk il yarım üçün 30, növbəti il yarım üçün ise 15 manata qeder artırılıb.
Azərbaycanda öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınların analıq məzuniyyətinə görə aldıqları müavinətlərin həcmi 50% artırılacaq. "APA-Economics"in məlumatına örə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiyaların baza hissəsinin artımına dair bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Məlumdur ki, öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınlar 3 il müddətinə analıq məzuniyyətinə çıxa bilər. Onlar əvvəlcə birinci 1,5 il məzuniyyətdə olurlar və buna görə ayda 20 manat alırlar. Növbəti il yarım məzuniyyəti davam etdirdikdə isə 10 manat müavinət alırlar. Lakin dövlət başçısının yeni sərəncamı ilə bu kateqoriyaya aid olan qadınların analıq məzuniyyətinin müavinəti ilk il yarım üçün 30 manata, növbəti il yarım üçün isə 15 manata qədər artırılıb. Bu məqsədlə 1 il ərzində 4 mln. manata yaxın əlavə vəsait tələb olunur", - deyə DSMF sədri aydınlıq gətirib.

Qeyd edək ki, bu yenilik analıq məzuniyyətində olan 43 min işləyən qadını əhatə edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar